Dek 22, 2015 13:00 Asia/Baku
  • Avropa Amerikanın siyasətlərini izləməyəcək
    Avropa Amerikanın siyasətlərini izləməyəcək

İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Baş İdarəsinin müdiri deyib: Avropa ölkələri dəfələrlə Amerikaya bildiriblər ki, bu ölkənin İranın dinc məqsədlər üçün olan nüvə fəaliyyətləri ilə bağlı müxalifətlərinə qoşulmayacaqlar.

İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Baş İdarəsinin müdiri Həmid Bəidinejad Tehranda çıxan Etimad qəzetinə verdiyi müsahibədə deyib: Amerikanın daxilində indiyə kimi İran ilə əldə olunmuş nüvə anlaşması ilə bağlı bir çox müxalifətlər edilib və ABŞ Konqresinin İrana səfər edən şəxslər ilə bağlı viza məhdudiyyətinin tətbiq edilməsi üzrə son qərarı da bunlardan biridir. Amma, Avropa istənilən səviyyədə ABŞ-ın bu kimi qərarları ilə müxalif olduğunu elan edir.

Həmid Bəidinejad Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Direktorlar Şurasının İranın nüvə işinin ehtimal olunan hərbi cəhətləri ilə bağlı PMD işinin bağlı elan edilməsi üzrə qətnamə layihəsinin qəbul edilməsinə işarə edərək, deyib: İran nüvə anlaşması çərçivəsində əlavə protokoldan daha artıq öhdəliklər qəbul etməyib və İranın üzərinə götürdüyü öhdəliklər NPT və əlavə protokol çərçivəsindədir.

Bəidinejad həmçinin deyib: İran İslam Şurası Məclisinin əlavə protokolu ratifikasiya etmədiyi zamana kimi İran hökuməti onu könüllü surətdə icra edəcək və İslam Şurası Məclisinin onu ratifikasiya etməsindən sonra, əlavə protokolun icrasını rəsmi şəkildə davam etdirəcək.

O, həmçinin deyib: İran və 5+1 qrupu nüvə anlaşmasının icra dövrü ilə bağlı son dərəcə dəqiq və hərtərəfli bir hüquqi və texniki baza hazırlayıb.

İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Baş İdarəsinin müdiri sonda deyib: MAQATE ilə əməkdaşlıq və müzakirələrin davam etdiyi zamana kimi, 5+1 qrupu ilə müzakirə yolu da açıq olacaq və hər hansı bir məsələ yaranarsa, 5+1 qrupunun iştirakı ilə həll ediləcək.

Teqlər