İran Rusiyadan T-90 tankı alacaq
https://azeri.sahartv.ir/news/İran-i201214-İran_rusiyadan_t_90_tankı_alacaq
İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının komandanı Rusiyadan bir neçə T-90 tankının satın alınacağından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 24, 2015 05:56 Asia/Baku
  • İran Rusiyadan T-90 tankı alacaq
    İran Rusiyadan T-90 tankı alacaq

İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının komandanı Rusiyadan bir neçə T-90 tankının satın alınacağından xəbər verib.

Press TV-nin məlumatına görə, general-mayor Əhmədreza Purdəstan çərşənbə günü deyib ki, bu tankın satın alınması üzrə ilkin işlər həyata keçirilməkdədir və tezliklə bu tank İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının ixtiyarına qoyulacaq.

Purdəstan sonra deyib: İran İslam Respublikasının Silahlı Qüvvələri elə bir qüdrətə malik olmalıdır ki, xalq onun kənarında dinclik və təhlükəsizlik hissi keçirmiş olsun.

O, bildirib: Düşmən bizim barmağımızın tətik üzərində olduğunu görəndə özünün nəhs və çirkin fikirlərindən geri çəkiləcək.

O, həmçinin İnqilab Rəhbəri tərəfindən kimyəvi, bioloji və nüvə silahları barədə çəkilmiş qırmızı xəttə işarə edərək, deyib: İran İslam Respublikası bu üç sahədən başqa, bütün digər sahələrdə öz qüdrətini gücləndirmək niyyətindədir.