Ruhaninin Həzrət Məsih(ə)-ın mövludu münasibətilə təbrik müraciəti
-
Ruhaninin Həzrət Məsih(ə)-ın mövludu münasibətilə təbrik müraciəti
İran İslam Respublikası prezidenti Həzrət Məsih(ə)-ın mövludu və yeni milad ili münasibətilə dünya ölkələrinin başçılarını təbrik edib.
İran İslam Respublikası prezidenti Həsən Ruhani dünya ölkələrinin başçılarına ünvanlanmış ayrı-ayrı müraciətlərində Həzrət İsa Məsih(ə)-ın mübarək mövludu və 2016-cı milad ilinin gəlib çatması münasibətilə onları təbrik və ümidvarlıq edib ki, yeni milad ili ərəfəsində ölkələrin daha artıq həmkarlığı ilə bütün dünyada terrorizmin məhvi və ayrı-seçkiliyin aradan götürülməsi, eləcə də sülh və təhlükəsizlik reallaşacaq.
Prezident Administrasiyasının informasiya portalının məlumatına görə, İran İslam Respublikası prezidenti dünya ölkələrinin başçılarına ünvanlanmış ayrı-ayrı müraciətlərində onların xalqları və dövlətləri üçün xoşbəxtlik, sevinc və bərəkətlə dolu bir il arzu edib.
Sabah, cümə, 2015-ci il dekabrın 25-i, Həzrət İsa Məsih(ə)-ın mübarək mövludu gününə təsadüf edir.