Dek 27, 2015 09:45 Asia/Baku
  • İranın Ərəb Liqasının bəyanatına reaksiyası
    İranın Ərəb Liqasının bəyanatına reaksiyası

İranın Xarici İşlər Nazirliyi Ərəb Liqasının İran haqda olan iclasının son bəyanatında irəli sürülmüş iddialar barədə bildirib ki, bu iddialar qərəzli, qeyri-düzgün və həmkarlıq əhval-ruhiyyəsilə təzadlıdır.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Sadiq Hüseyn Cabir Ənsari şənbə günü axşam Tehranın əksər ərəb ölkələrilə qardaşcasına əlaqələrə malik olduğunu vurğlulayaraq, əlavə edib: Bunula belə, ifratçılıq və terrorizmin əsas himayəçiləri kimi region xaqları və dünya ictimaiyyəti tərəfindən tənqid olunan bir neçə ölkə günahı başqasının boynuna atmaq və İranofobiya siyasətini davam etdirməklə ümumi fikrin diqqətini özünün regionun durumunu səbatsızlaşdırmaqdakı rolundan yayındırmağa can atır.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Region ölkələrindən gözlənilir ki, Fələstin xalqının intifazəsinin cərəyanda olduğu bir şəraitdə regionun əsas məsələləri, xüsusən Fələstin məsələsi, həmçinin terrorizm və ekstremizmlə mübarizə sahəsində cidd-cəhd göstərməklə region dövlətləri və xalqlarının birgə maraqları əsasında fəal regional həmkarlıq və əlaqələrin genişlənməsinə zəmin yaratsınlar.

Cabir Ənsari sonra deyib: İran İslam Respublikası region hadisələrində fəal, məsuliyyət qəbul edən və sabitlik yaradan bir oyunçudur və bəzi ölkələrin küdürətli və qeyri-dostcasına mövqelərinə rəğmən, dünya ictimaiyyəti və qonşularla anlaşma yolu ilə böhranlar və gərginliklərin azaldılmasındakı səmərəli rolunu davam etdirəcək.

Ərəb Liqası xarici işlər nazirlərinin fövqəladə iclası Türkiyənin İraqa təcacüzünü araşdırmaq məqsədilə ötən həftə Qahirədə keçirilmişdi.

Teqlər