İranda qarşıdakı seçkilərə hazırlıq
İranın daxili işlər naziri deyib ki, Rəhbərlik Xübreqanı və İslam Şurası Məclisinə olacaq qarşıdakı seçkilərdə namizədlər və xalq qarşısında cavabdeh olmaq böyük önəmə malikdir.
IRNA-nın məlumatına görə, Əbdürreza Rəhmani-Fəzli şənbə günü gecə İranın 2-ci telekanalının "eksklüziv informasiya dialoqu" verilişində Rəhbərlik Xübreqanı və İslam Şurası Məclisinə nümayəndəliyə namizədlərin səlahiyyətlərinin araşdırılması üzrə ongünlük proses haqda belə əlavə edib: Bu araşdırma əlaqədar orqanlar, yəni hüquq-mühafizə qüvvələri, məhkəmə hakimiyyəti, mülki qeydiyyat və təhlükəsizlik nazirliyi tərəfindən həyata keçirilir ki, onların hər biri bir məsələyə nəzarət edir.
İranın daxili işlər naziri həmçinin indiyədək seçkilərin doxsan faizinin elektron formada keçirilməsindən xəbər verərək, deyib: Bu dövrdə doqquz vilayətdə və böyük şəhərdə səslərin alınması və sayılışı yüz faiz elektron formasında həyata keçiriləcək.
İran İslam Şurası Məclisinə onuncu dövr seçkilər Rəhbərlik Xübreqanı Məclisinə beşinci dövr seçkilərlə yanaşı, 2016-cı il fevralın 26-da keçiriləcək.