Dek 28, 2015 11:37 Asia/Baku
  • Vəhdət konfransı iştirakçıları İmam Xomeyni(r.ə)-in məqbərəsində olublar
    Vəhdət konfransı iştirakçıları İmam Xomeyni(r.ə)-in məqbərəsində olublar

İslam Məzhəblərini Yaxınlaşdırma Assambleyasının baş katibi və 29-cu beynəlxalq Vəhdət konfransının iştirakçıları İran İslam Respublikasının banisi İmam Xomeyni(r.ə)-in məqbərəsində olaraq, onun məzarını ziyarət ediblər.

İSNA xəbər agentliyinin verdiyi məlumata görə, konfrans iştirakçıları İmam Xomeyni(r.ə)-in məqbərəsini ziyarət etdikdən sonra, məqbərənin idarə heyətinin sədri höccətülislam vəlmüslimin Seyid Həsən Xomeyni ilə görüşüblər.

İslam Məzhəblərini Yaxınlaşdırma Assambleyasının baş katibi Ayətullah Möhsün Əraki bu görüşdə çıxış edərək, Vəhdət həftəsini təbrik edib və deyib: Bu gün Vəhdət sahəsində hansısa uğur mövcuddursa, Fələstində müqavimət varsa, Livanın cənubu işğaldan azad edilibsə və bu gün İslamın müraciəti dünya xalqlarının qulağın açatırsa, bütün bunlar İmam Xomeyni(r.ə)-in başlatdığı hərəkatın nəticələridir.

20-cu beynəlxalq Vəhdət konfransı "İslam Dünyasının Hazırkı Böhranları" mövzusu ilə bazar günü Tehranda işə başlayıb.

Bu konfrans 27, 28 və 29 dekabrda İslam Ölkələri Başçılarının Sammit Zalında keçirilir.

Teqlər