İran və İslam İnkişaf Bankının islam bankçılığı üçün müştərək layihəsi
-
İran və İslam İnkişaf Bankının islam bankçılığı üçün müştərək layihəsi
İranın Mərkəzi Bankının baş direktoru İran və İslam İnkişaf Bankının islam bankçılığında müştərək projesindən xəbər verib.
Səhər Beynəlxalq Televiziyasının Mehr İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Vəliyyullah Seyf və İslam İnkişaf Bankının prezidenti Əhməd Məhəmməd Əli ilə Tehranda görüşdə deyib: İranda islam bankçılığının əsası şiə fiqhinə əsasən qoyulmuş və icra olunmuşdur.
İranın Mərkəzi Bankının baş direktoru əlavə edib: Bu ölkələrin 90%-dən çoxunun müştərək fiqhə əsasən addım atdıqlarını nəzərə alaraq təklif olunur ki, iki tərəfin mütəxəssisləri İslam İnkişaf Bankı ilə əməkdaşlıq və koordinasiya ilə bu ortaqlıqları islam bankçılığı prinsiplərinə əsasn tənzimləsin və birləşdirsinlər.
İslam İnkişaf Bankının prezidenti də bu görüşdə İranın Mərkəzi Bankının baş direktorunun təklifini müsbət qarşılayaraq deyib: İslam İnkişaf Bankının bütün müsəlmanlara aid olduğunu nəzərə alaraq bu bank təsis olduğu zamandan bankda şəriət komitəsi yaradılmış və islam fiqh məktəbləri bu komitənin tərkibinə qatılmağa dəvət olunmuşdur.
Bu görüşdə İranın Mərkəzi Bankının baş direktoru və İslam İnkişaf Bankının prezidenti islam bankçılığının vahid prinsiplərinin tənzimlənməsi və bu banka üzv bütün ölkələrin vahid formada addım atması üçün işçi qrupunun təşkil olunması vurğulanıb.