İranın yeni ballistik raketi Sepahın əməliyyat qüvvələrinə təhvil verildi
https://azeri.sahartv.ir/news/İran-i201976-İranın_yeni_ballistik_raketi_sepahın_əməliyyat_qüvvələrinə_təhvil_verildi
İslam İnqilabı Keşikçilər Korpusu Sepahın baş komandan əvəzi İranın yeni ballistik raketinin Sepahın əməliyyat qüvvələrinə təhvil verildiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 30, 2015 06:39 Asia/Baku
  • İranın yeni ballistik raketi Sepahın əməliyyat qüvvələrinə təhvil verildi
    İranın yeni ballistik raketi Sepahın əməliyyat qüvvələrinə təhvil verildi

İslam İnqilabı Keşikçilər Korpusu Sepahın baş komandan əvəzi İranın yeni ballistik raketinin Sepahın əməliyyat qüvvələrinə təhvil verildiyini bildirib.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İslam İnqilabı Keşikçilər Korpusu Sepahın baş komandan əvəzi general-mayor Hüseyn Salami Fars Xəbər Agentliyinə verdiyi müsahibədə İmad raket sistemlərinin Sepahın əməliyyat qüvvələrinə təhvil verildiyini deyib.

General Salaminin Qədr raketinin modern nümunəsi adlandırdığı İmad raketi yönəltmə və hədəfə toxunduğu zamana qədər nəzarət etmə imkanına malik İran İslam Respublikasının ilk uzaqmənzilli raketidir. İmad raketi nəzərdə tutulan hədəfə diqqətlə tuşlana və tam şəkildə hədəfi məhv etmək qabiliyyətinə malikdir.