İran prezidenti ABŞ-ın müdaxilə mahiyyətli siyasətlərinin davam etməsinə reaksiya verib
-
İran prezidenti ABŞ-ın müdaxilə mahiyyətli siyasətlərinin davam etməsinə reaksiya verib
İran İslam Respublikasının prezidenti Həsən Ruhani billdirib ki, İranın müdafiəsi üçün adi və mühüm bir silah kimi İranın ballistik raketlərinin inkişaf etdirilməsi və istehsalı qüdrətlə davam edəcək.
Ruhani cümə axşamı günü Amerikanın düşmənçilik siyasətlərinin davam etməsi, onun İranın müdafiə qüdrətinin gücləndirilməsi haqqına qanunsuz müdaxiləsi və öncəki zalımcasına sanksiyalar siyahısına yeni şəxs və müəssisələrin əlavə olunmasına reaksiyada bir hökm verib. Prezident İranın müdafiə naziri Hüseyn Dehqana ünvanlandığı bu hökmdə nazirlikdən istəyib ki, qəbul olunmuş müdafiə siyasətləri çərçivəsində silahlı qüvvələrə lazım olan müxtəlif raketlərin istehsalı proqramını daha artıq sürət və ciddiliklə davam etdirsin.
İran İslam Respublikasının prezidenti İranın müdafiə qabiliyyətlərinin regionun sabitliyi və təhlükəsizliyi amili olduğunu və başqalarına qarşı bir hədə olmadığını deyərək, vurğulayıb: Bu qabiliyyətlər sırf olaraq, İranın ərazi bütövlüyü, istiqlaliyyəti və hakimiyyətinin qorunması, həmçinin müştərək regional və beynəlxalq maraqlar çərçivəsində terrorizm və ekstremizmlə mübarizə üçündür.
Bu hökmdə sonra deyilir: İran nüvə müzakirələri boyu elan edibdir ki, heç zaman raket proqramı daxil olmaqla özünün qanuni müdafiə qüdrəti ətrafında heç kəslə müzakirə aparmayacaq və öz qanuni müdafiə haqqına əsasən, bu sahədə heç bir məhdudiyyəti qəbul etməyəcəkdir.
İran İslam Respublikasının prezidenti bu hökmdə bildirib ki, İran İslam Respublikasının raket proqramı heç vaxt nüvə başlıqlarını daşıma qabiliyyəti üçün konstruksiya edilməyibdir. O, deyib: Bu proqram həmçinin heç bir vəchlə nüvə anlaşmasının bir hissəsi olmayıb və Amerika rəsmiləri də onu etiraf ediblər.