Ağ Ev İrana qarşı yeni sanksiyaların tətbiqini təxirə salıb
Wal Street Journal Ağ Ev başçılarına istinadla İrana qarşı yeni sanksiyaların tətbiqinin təxirə salınmasından xəbər verib.
Bu amerikan mətbuat orqanı cümə axşamı günü gecə Ağ Ev başçılarına istinadla yazıb ki, Barak Obama hökuməti hələ də İranın raket proqramı ilə mübarizəyə sadiqdir və Amerikanın maliyyə nazirliyində hazırlanmış sanksiyalar masa üzərində qalmaqda davam edir.
ABŞ rəsmiləri iddia ediblər ki, bu cür sanksiyaların tətbiqi İran ilə 5+1 qrupu arasında əldə olunmuş nüvə anlaşmasının maddələrini pozmur.
Wal Street Journal-ın yazdığına görə, ABŞ rəsmiləri bu sanksiyaların hansı zamanda tətbiq olunacağına dair konkret bir zaman cədvəli təqdim etməyiblər.
Ağ Evin bundan öncə ABŞ konqresinə göndərdiyi xatırlatmadakı qərar üzrə bu sanksiyalar Vaşinqton vaxtı ilə çərşənbə günü səhər tətbiq olunmalı idi.
Yeni sanksiyaların tətbiqinin təxirə salınmasının ardınca Respublikaçılar Partiyası Obama hökumətini iradəsizlikdə ittiham ediblər.