Cabiri Ənsari: Yeni milad ili regionda qırğının sonu olmuş olsun
İran Xarici İşlər Nazirliyinin sözçüsü ümidvarlıq edib ki, yeni milad ili regionda toqquşmaların və günahsız uşaqların qırğınının sonu olmuş olsun.
IRNA-nın məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Sadiq Hüseyn Cabiri Ənsari 2016-cı il münasibətilə verdiyi müraciətdə bildirib: Yeni milad ili elə bir halda başlayır ki, Fələstin xalqı on illərlə azadlıqsevər mübarizənin ardınca hələ də İsrail rejiminin dövlət terrorizminin nəticələri və bu rejimin işğalından xilas olmaq və istiqlalyyyət arzusundadır.
Cabiri Ənsari söyləyib: Asiyanın qərb məntəqəsi və digər miqyaslarda dünya da kor-koranə ekstremizm və terrorizm dalğaları və beynəlxalq qüdrətlərin müdaxilə mahiyyətli, birtərəfli və özbaşına siyasətlərindən yorğun surətdə hələ də yeri-göyü bürümüş geniş siyasi və ictimai böhranların nəticələrində ilişib qalıbdır.
İran Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: Yeni milad ili işğal və zorakılıq zəminində və qan və alovun mərkəzində dünyaya gəlib, böyüyən uşaqlara dua edib, onlar üçün səy göstərməkdən ötrü bir bəhanə olmuş olsun ki, onlar da insan həyatına nail olma və həyata təbəssüm fürsəti əldə etmiş olsunlar.