İran nüvə anlaşmasını tez bir zamanda icra etməyə tələsmir
-
İran nüvə anlaşmasını tez bir zamanda icra etməyə tələsmir
İranın nüvə müzakirə komandasının üzvü deyib: İran İslam Respublikası Əhatəli Müştərək Təşəbbüs Proqramının istənilən formada tez bir zamanda icra olunması üçün tələsmir.
Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, "Əhatəli Müştərək Təşəbbüs Proqramı ilə addım-addım, əvvəldən sona" adlı kitabın təqdimat mərasiminin kənarında Həmid Bəidinejad əlavə edib: Əhatəli Müştərək Təşəbbüs Proqramına nəzarət edən Ali Heyət prosesləri yaxından izləyir və anlaşmanın hər bir yerində pozuntu halı müşahidə olunarsa, İran İslam Respublikası qarşılıqlı addım atacaq.
Bəidinejad Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amanonun İranın nüvə obyektlərinə analoqu olmayan yoxlamalar barəsində açıqlamasına münasibət bildirib və deyib: Mövcud mətndə tarixdə analoqu olmayan yoxlamalar sözü istifadə olunmayıb.
Bəidinejad bildirib: AEBA-nın vəzifəsi fəaliyyətləri sınamaqdır və İran da özü sınaq prosesini həyata keçirir.
İranın nüvə müzakirə komandasının üzvü ABŞ Konqresində İran əleyhinə son hərəkətlər barədə də deyib: İslam Respublikası Amerikanın hərəkətlərinin nüvə anlaşmasını pozmaq istiqamətində olduğu qənaətinə gələrsə, İran da qarşılıqlı addım atacaqdır.
İran XİN_in Siyasi və Beynəlxalq Təhlükəsizlik İdarəsinin baş direktoru ABŞ tərəfindən İranın Mərkəzi Bankının hesablarına toxunulması barədə də deyib: Amerikanın bu hərəkəti nüvə anlaşmasının pozulması anlamında deyildir.