İran Ərəbistanın diplomatik məkanları qarşısında toplaşmanın qarşısının alınmasını vurğulayıb
İran İslam Respublikasının Xarici İşlər Nazirliyi İranda Ərəbistanın diplomatik məkanları qarşısında toplaşmanın qarşısının alınmasını vurğulayıb.
İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Sadiq Hüseyn Cabiri Ənsari şənbə günü gecə Ərəbistanın İrandakı diplomatik məkanlarının təhlükəsizliyinin təmini vacibliyini vurğulayaraq, deyib ki, Xarici İşlər Nazirliyi İran xalqının pak emosiyalarını dərk edərək, bu məkanlar qarşısında hər cür toplaşmanın qarşısının alınmasını istəyir.
O, Ərəbistanın görkəmli və mübariz ruhanisi Şeyx Nimr Baqir Əl-Nimrin Ali-Səud hökuməti tərəfindən ədalətsiz surətdə edam edilməsini bir daha pisləyərək, Ərəbistanın Tehrandakı və İranın digər şəhərlərindəki diplomatik məkanlarının təhlükəsizliyinin təmini vacibliyini vurğulayıb və bildirib ki, Xarici İşlər Nazirliyi İran xalqının pak emosiyalarını dərk edərək, bu məkanlar qarşısında hər cür toplaşmanın qarşısının alınmasını istəyir.
İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü və nazirliyin Ümumi və Media Diplomatiyası Mərkəzinin sədri sonra deyib: Diplomatik polis İranda Ərəbistana aid diplomatik məkanlara hər cür hücum ilə ciddi davranmaq məsuliyyətinə malikdir və öz vəzifələrinə əsasən, ümumi nizam-intizamın qorunması və bu məkanların təhlükəsizliklərinin təmini istiqamətində addım atacaq.
Bundan öncə Ərəbistanın görkəmli və mübariz ruhanisi Şeyx Nimr Baqir Əl-Nimrin Ali-Səud hökuməti tərəfindən ədalətsiz surətdə edam edilməsinə etiraz olaraq, bu ölkənin Tehrandakı səfirliyi və Məşəhəddəki konsulluğu qarşısında etiraz aksiyaları barədə məlumatlar daxil olmuşdu.
Ərəbistanın Daxili İşlər Nazirliyi şənbə günü səhər rəsmi bir bəyanatda bildirdi ki, bu ölkənin tanınmış ruhanisi və siyasi fəalı Şeyx Nimr Baqir Əl-Nimri 46 nəfərlə yanaşı anti-təhlükəsizlik fəaliyyətlərinə görə, edam edibdir. Bu addım region və dünya səviyyələrində rəsmilər və dini və siyasi şəxsiyyətlərin geniş etirazları lə üzləşibdir.