İranın İnsan Haqları Qərargahının ərəbistanlı ruhaninin edamını pisləyən bəyanatı
İranın Məhkəmə Hakimiyyətinin İnsan Haqları Qərargahı bildirib ki, insan haqları üzrə beynəlxalq təşkilatlar Ərəbistanın Yəmənə qarşı hücumları, həmin ölkənin terror qruplarını dəstəkləməsi və görkəmli şiə ruhanini edam etməsi qarşısında ciddi mövqe tutmalıdırlar.
IRNA-nın məlumatına görə, İranın Məhkəmə Hakimiyyətinin İnsan Haqları Qərargahı bir bəyanatda Ali-Səudun Ərəbistanın görkəmli və mübariz ruhanisi Şeyx Nimr Baqir Əl-Nimri edam etməsini pisləyərək, bildirib ki, səudiyyə hökuməti Şeyx Nimr Baqir Əl-Nimr barədə regional və beynəlxalq ürəkyanan və qardaşcasına islami tövsiyələrə rəğmən, nəhayət ən əsas sözü, bütün məzlum Ərəbistan xalqının hüquqlarının reallaşması və demokratiyanın qurulması olan bu din alimini edam etdi.
İranın Məhkəmə Hakimiyyətinin İnsan Haqları Qərargahının bəyanatında sonra deyilir: Necə olur ki, daim insan haqlarının pozulmasından danışan və qətnamə və bəyanatlar yayan insan haqları dairələri və beynəlxalq təşkilatlar Şeyx Nimrin və ümumiyyətlə, Ərəbistanın 47 vətəndaş-siyasi hüquq fəalının edamı qarşısında sükuta dalıblar?