Şeyx Nimrin şəhadəti münasibətilə İran prezidentinin müraciəti
İran İslam Respublikasının prezidenti Ərəbistan hökumətinin Şeyx Nimr Baqir Əl-Nimri şəhid etmək üzrə qeyri-islami və qeyri-insani hərəkətini ekstremizm və terrorizmin qızışdırılması və firqəçilik siyasətləri çərçivəsində dəyərləndirib.
Prezident Administrasiyasının İnformasiya Portalının məlumatına görə, İran İslam Respublikasının prezidenti Həsən Ruhani bazar günü Ərəbistanın görkəmli və mübariz ruhanisi Şeyx Nimr Baqir Əl-Nimrin şəhid edilməsi münasibətilə verdiyi müraciətdə Ali-Səud rejiminin bu hərəkətini pisləyərək, vurğulayıb: Şübhə yoxdur ki, Ərəbistan hökuməti bu qeyri-islami addımla dünya, xüsusən islami ölkələr arasında öz imicini daha da xarab etdi.
İran İslam Respublikasının prezidenti sonra deyib: Belə bir addım dünya və regionda ekstremizm və terrorizmin qızışdırılması və firqəçilik siyasətləri çərçivəsində olubdur ki, son illərdə regionu qeyri-sabit etmək və savaş və qarşıdurma yaratmaqla nəticələnibdir.