Yan 06, 2016 11:58 Asia/Baku
  • Təbrizin Şəmçiyan məscidində Nardaran şəhidlərinin ərbəyin mərasimi keçirilib
    Təbrizin Şəmçiyan məscidində Nardaran şəhidlərinin ərbəyin mərasimi keçirilib

Nardaran faciəsində şəhid olanların qırxıncı günü münasibətilə Təbrizdə keçirilən mərasimdə bu qanlı hadisənin şəhidləri və məhbuslarının xatirələri anılıb.

Höccətulislam Hüseyn Kiyani Təbrizin Şəmçiyan məscidində keçirilən bu mərasimdə Nardaran şəhidlərinin ailələrinin kədərinə şərik çıxıb, Azərbaycan Respublikasının dövlət başçılarının bu ölkədəki islamçılara qarşı ayrı-seçkilik və repressiya siyasətlərini ifşa edərək, bildirib ki, kommunistlərin dövründən qalmış ünsürlər bu gün elə bir ökənin dövlət başçıları olublar ki, onun xalqının əksər hissəsi Əhli-Beyt(ə) sevərdir və İslam qanunlarının icrası və ictimai ədalətə riayətdən savayı hökumətdən bir şey istəmir.

O, Azərbaycan Respublikasının təhlükəsizlik qüvvələrinin Rəhimə xatun(s.ə.) ziyarətgahında bir qrup günahsız insanın dünyasını dəyişməsi və yaralanması ilə nəticələnmiş Bakının Nardaran qəsəbəsində namazqılanlara və əzadarlara qarşı vəhşicəsinə hücumunu pisləyərək, deyib: Azərbaycan Respublikası hökuməti öncədən hazırlanmış planla və müdafiəsiz əhali ilə rəftar prinsiplərinə riayət etmədən bu ölkənin bir çox tanınmış ruhanisini, o cümlədən dəfələrlə polis tərəfindən əzab-əziyyətlərə məruz edilmiş Hacı Taleh Bağırovu həbs edərək, bu məntəqədə bir çox məhdudiyyətlər icraya qoyubdur. Belə ki, Nardaran bu faciənin icrası anından bəri güclü təhlükəsizlik tədbirləri altına alınıb və bu məntəqədə su, işıq və qaz kəsilibdir. Hökumət polis üsul-idarəsini gücləndirərək, Nardaran sakinlərini, həmçnin bu qəsəbəyə girib, çıxmaq istəyən hər bir kəsi təftiş edir və bir qrup şəxsi silah və narkotik maddə daşıma ittihamları ilə həbs edibdir.

Məclisin natiqi Azərbaycan İslam Partiyasının mərhum sədri Hacı Əlikram Əliyev kimi böyük şəxslərin xatirəsini anıb, Nardaranı İranda müqəddəs Qum şəhərinə bənzətmiş o yorulmaz mücahidin böyük mənaya malik kəlamına işarə edərək, söyləyib: Hacı Əlikram İslam Partiyasını təsis etməklə siyasi fəaliyyətlər və mübarizələrin davam etməsi istiqamətində ilk dəfə olaraq, Azərbaycan Respublikasının islamçıları arasında vəhdətin əsasını qoydu.

Bu əzəmətli mərasimin sonunda namazqılanlar "Amerikaya ölüm!", "İsrailə ölüm!", "Sionizmə ölüm!", "Azərbaycan oyaqdır, şiələrə dayaqdır!" şüarları verib, təvəssül duası və şəhidlərə fatihə oxuyaraq, Azərbaycan Respublikasında islamçıların amalını himayə etdiklərini bildirib və dindarlara qarşı repressiya və təzyiq siyasəti qarşısında müqaviməti vurğulayıblar.

Teqlər