Ruhaninin ölkənin məhkəmə hakimiyyəti sədrinə ünvanladığı məktub
https://azeri.sahartv.ir/news/İran-i203199-ruhaninin_ölkənin_məhkəmə_hakimiyyəti_sədrinə_ünvanladığı_məktub
İran prezidenti ölkənin məhkəmə hakimiyyəti sədrinə ünvanladığı məktubda Ərəbistanın Tehrandakı səfirliyi və Məşhəddəki konsulluğuna hücum işinə növbədənkənar və təcili baxılmasını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 06, 2016 16:00 Asia/Baku
  • Ruhaninin ölkənin məhkəmə hakimiyyəti sədrinə ünvanladığı məktub
    Ruhaninin ölkənin məhkəmə hakimiyyəti sədrinə ünvanladığı məktub

İran prezidenti ölkənin məhkəmə hakimiyyəti sədrinə ünvanladığı məktubda Ərəbistanın Tehrandakı səfirliyi və Məşhəddəki konsulluğuna hücum işinə növbədənkənar və təcili baxılmasını istəyib.

Həsən Ruhani çərşənbə günü Ayətullah Sadiq Amoli Laricaniyə məktubda vurğulayıb: Ərəbistanın Tehrandakı səfirliyi və Məşhəddəki konsulluğuna hücum amilləri və buna göstəriş verənlərin cəzalandırılması ilə İran İslam Respublikası quruluşunun yeri və qüdrətinə hörmətsizlik və İranın təhlükəsizliyinə qarşı bu kimi hücumların qarşısı həmişəlik olaraq alınmalıdır.

Ərəbistanın bu ölkənin tanınmış ruhanisi Şeyx Nimr Baqir Əl-Nimri edam etməsinin ardınca bir qrup etirazçı Ərəbistanın Tehrandakı səfirliyi və Məşhəddəki konsulluğuna hücum etdi.

Belə bir halda, İran İslam Respublikasının hüquq-mühafizə qüvvələrinin komandanı general-mayor Hüseyn Əştəri çərşənbhə günü Ərəbistanın Tehrandakı səfirliyi qarşısındakı toplaşmanın əsasını təbii adlandırıb və belə deyib: Amma bu səfirliyə hücum şübhəlidir, zira özünü İran İslam Respublikası quruluşunun tərəfdarı bilən heç bir inqilabçı şəxs özünə bu formada hücum icazəsi verməz.

O, sonra deyib: İranın hüquq-mühafizə qüvvələri bu hücumun müxtəlif cəhətlərini ciddi şəkildə araşdıracaq ki, hansı kəslərin plan əsasında bu addımı atdıqlarını aşkarlasın.