İran və Almaniyanın Siemens şirkəti arasında dəmiryolu üzrə anlaşma əldə olunub
https://azeri.sahartv.ir/news/İran-i203241-İran_və_almaniyanın_siemens_şirkəti_arasında_dəmiryolu_üzrə_anlaşma_əldə_olunub
İran İslam Respublikasının dəmiryolu şirkəti ilə Almaniyanın Siemens şirkəti arasında bir memorandum imzalanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 07, 2016 09:00 Asia/Baku
  • İran və Almaniyanın Siemens şirkəti arasında dəmiryolu üzrə anlaşma əldə olunub
    İran və Almaniyanın Siemens şirkəti arasında dəmiryolu üzrə anlaşma əldə olunub

İran İslam Respublikasının dəmiryolu şirkəti ilə Almaniyanın Siemens şirkəti arasında bir memorandum imzalanıb.

İSNA xəbər agentliyinin verdiyi məlumata görə, İranın dəmiryolu şirkəti ilə Almaniyanın Siemens şirkəti arasında imzalanan anlaşma sənədi Tehran-Məşhəd, Tehran-İsfahan dəmiryollarının elektrikləşdirilməsi, 500 sərnişin vaqonunun təmin edilməsi və xidmətlərin göstərilməsi, dəmiryolu sistemlərinin müasirləşdirilməsi, təlim kurslarının təşkil edilməsi və texnologiyanın ötürülməsi üzrədir.

İranın Yol və Şəhərsalma Nazirliyi də İran və Almaniyanın Siemens şirkəti arasında əldə olunmuş anlaşma barədə bir bəyanat yayaraq, bildirib ki, İran İslam Respublikasının dəmiryolları 20 illik persepktiv sənədi əsasında və dəmiryolları vasitəsilə nəqliyyatın və yüklərin daşınmasının genişləndirilməsi məqsədi ilə, bu sahədə təcrübəli şirkət olan Almaniyanın Siemens şirkəti ilə İran arasında əməkdaşlıq sənədi imzalanıb.