General Cəvani: İran səfirliyinə hücum Ərriyada baha başa gələcək
-
General Cəvani: İran səfirliyinə hücum Ərriyada baha başa gələcək
Vəliyyi Fəqihin İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-dakı nümayəndəsinin baş müşaviri deyib ki, İran səfirliyinə hücum Ərriyada baha başa gələcək.
Press TV-nin cüməgünkü məlumatına görə, Vəliyyi Fəqihin İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-dakı nümayəndəsinin baş müşaviri general pasdar Yədullah Cəvani səudiyyə qırıcılarının İranın Yəmənin paytaxtı Sənadkı səfirliyinə hücumunu pisləyərək, vurğulayıb ki, səudiyyəlilər İran İslam Respublikası ilə mübarizə qüdrətinə malik olmayacaqlar.
General Cəvani deyib: Ərəbistanın İranın Yəməndəki səfirliyinə raket atması beynəlxalq qanunlarla təzaddadır və beynəlxalq müahidələrin aşkar şəkildə pozulması deməkdir.
O, bu hərəkətin qəsdən törədildiyini bildirərək, Ərriyadın bu məsələyə görə cavabdeh olmalı olduğunu vurğulayıb.
Ərəbistan qırıcıları çərşənbə günü axşam çağı İran İslam Respublikasının Sənadakı səfirliyinə raket hücumu edərək, səfirliyə xəsarətlərin dəyməsi və səfirliyin mühafizə qüvvələrindən bir neçə nəfərinin yaralanmasına bais oldular.