Yan 10, 2016 10:02 Asia/Baku
  • Brucerdi: Ərəbistanın İran ilə əlaqələrini kəsməsi öncədən planlaşdırılmış bir iş idi
    Brucerdi: Ərəbistanın İran ilə əlaqələrini kəsməsi öncədən planlaşdırılmış bir iş idi

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Ər-Riyadin Tehran ilə əlaqələrini kəsməsini öncədən planlaşdırılmış bir iş adlandırıb.

İRNA-nın məlumatına görə, Əlaəddin Brucerdi şənbə günü həcc mərasimi zamanı, Minada baş verən faciədə həyatını itirmiş İranın Livandakı sabiq səfiri Qəzənfər Rüknabadinin xatirəsinə həsr olunmuş anım mərasimində deyib: Ali-Səud rejimi müxtəlif sahələrdə xüsusi ilə də İraq, Suriya və Livanda İran qarşısında məğlubiyyətə uğramasının ardınca, Tehran ilə əlaqələrini kəsməklə İran qarşısındakı məğlubiyyətlərini ört-basdır etməyə çalışır.

Ərəbistan səfirliyinə edilən hücumun İran İslam Respublikasında təhlükəsizliyin olmadığı görüntüsünü yaratdığını deyən İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri əlavə edib: Ərəbistan səfirliyinə edilən hücumun İran diplomatiyasına ilk zərbəsi, ölkəmizdə təhlükəsizliyin olmaması görüntüsünün yaranması oldu.

Ə.Brucerdi həmçinin, şəhid Qəzənfər Rüknabadi barədə deyib: Rüknabadi İslama sadiq bir insan idi və sözün əsl mənasında inqilabçı idi. Ümumilikdə müqavimətdə mühüm rola malik idi.

Mina faciəsi bu il həcc mərasimi zamanı, Qurban bayramı günündə baş verdi. Ali-Səud başçılarının səhlənkarlığı üzündən baş verən bu faciə minlərlə hacının ölümünə səbəb olmuşdu.

Teqlər