Cabiri Ənsari gərginliyə səbəb olan hərəkətləri qınadı
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Özbaşına qüvvələrin Ərəbistan səfirliyinə hücum etməsi heç bir vəchlə müdafiə edilə bilməz. Amma, bu məsələnin kənarında mövcud olan bir gerçəklik də var, o da Ərəbistanın gərginlik yaradan hərəkətləridir.
İran XİN sözçüsü Cabiri Ənsari şənbə günü İranın 1-ci telekanalının "Tək Baxış" proqramında deyib: İran İslam Respublikasının rəsmiləri bir qrup narazı kütlənin Ərəbistanın Tehrandakı səfirliyi və Məşhəddəki konsulluğuna qarşı xoşagəlməz hərəkəti ilə bağlı mövqeyini elan ediblər. Amma, aydın olan bir məsələ var. O da, Ər-Riyadın ötən aylar ərzində müsəlmanların və dünya azadələrinin qəzəbinə səbəb olan gərginlik yaradan hərəkətləridir.
Cabiri Ənsari Ərəbistanın ötən həftə mübariz ruhani Şeyx Nimr Baqir əl-Nimri edam etməsinə qarşı beynəlxalq etirazlara işarə edərək, deyib: Ər-Riyad bu hərəkəti ilə regionun bəzi ölkələrində xüsusi ilə də Yəməndə yaratdığı böhranlardan xilas edə bilməz.
İran XİN sözçüsü həmçinin deyib: İran Ərəbistanın tam əksinə olaraq, öz siyasətlərini izləyir və müharibə və gərginlik ardınca olan Ərəbistanın əksinə olaraq, İran sülh və sabitlik ardıncadır.
Ənsari əlavə edib: Həm minlərlə zəvvarın ölümü ilə nəticələnən Mina faciəsi, həm də Şeyx Nimrin edam edilməsi bir sıra nigaranlıqlar və narahatlıqlar doğurmuş oldu. Amma, İranın yürütdüyü məntiqli siyasət Ərəbistanın yanlışlıqlarla dolu olan yolundan fərqlidir.