Yan 10, 2016 20:13 Asia/Baku
  • İran və Altıların işçi qrupunun iclası sona çatıb
    İran və Altıların işçi qrupunun iclası sona çatıb

İran İslam Respublikası və Altılıq ölkələrinin nüvə müzakirə komandasının işçi qrupunun İsveçrənin Cenevrə şəhərindəki iclası sona çatıb.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, işçi qrupunun iclası cümə günündən Cenevrə şəhərində işə başlamışdı.

İran Xarici İşlər Nazirliyinin Siyasət və Beynəlxalq Təhlükəsizlik baş idarəsinin baş direktoru Həmid Bəidinejadın başçılıq etdiyi İran ekspertləri bu iclasda iştirak edib.

Həmid Bəidinejad bazar günü İnstaqram səhifəsində yazıb: Əhatəli Müştərək Təşəbbüs Proqramının icrası və sanksiyaların ləğvi üçün əks sayım başlanmışdır.

Əhatəli Müştərək Təşəbbüs Proqramının icrası İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordiantoru Federika Mogerininin müştərək bəyanatı ilə rəsmi şəkildə elan olunmalıdır.

Teqlər