İran ağır su istehsalının artığını Amerikaya satacaq
İranın Atom Enerjisi Təşkilatının sədr müavini deyib ki, İran ağır su istehsalının təqribən qırx ton artığını bir vasitəçi ölkə vasitəsilə Amerikaya satacaq.
Zarean IRIB ilə eksklüziv müsahibədə deyib: İranın eksport ağır suyunun altı tonu Amerikanın atom mərkəzlərində, yerdə qalanı isə tədqiqat mərkəzlərində istifadə ediləcək.
O, əlavə edib: Bu təşkilatın istehsalat sahəsində ticariləşməyə əsaslanan strategiyasına və son vaxtlar Amerikadakı Savana beynəlxalq laboratoriyasında İranın ağır suyu üzərində aparılmış keyfiyyətin ölçülməsinin nəticələrinə əsasən, onun xalisliyi 99,75 faiz kimi təsdiqlənib.
İranın Atom Enerjisi Təşkilatının sədr müavini deyib: Bu məsələ İranda nüvə sənayesi barədə formalaşmış keyfiyyət və standartlaşmadan xəbər verir.
Zarean əlavə edib: Dekabrın 27-də həyata keçirilmiş uf6-nın ixracatına əsasən, rus tərəfdən standartlaşdırma və keyfiyyətə zəmanət İranın nüvə sənayesinin fəaliyyətlərinə bir təsdiqdir və İranın nüvə sənayesi maddələrinin yüksək keyfiyyətini göstərir ki, nüvə maddələri istehsal edən ölkələrlə rəqabət apara bilər.
O, əlavə edib: Son addımlarla İran İslam Respublikası uf6 və ağır su daxil olmaqla strateji nüvə maddələri istehsal edən ölkələr sırasında durur.
İranın Atom Enerjisi Təşkilatının sədr müavini sonra deyib: Biz ildə təqribən 20 ton ağır su istehsal edir və onun artığını xarici müştərilərə satırıq.
Zarean əlavə edib: Bu sahədə Qərb ölkələrində təşkil olunmuş konsorsiuma İran İslam Respublikası rəsmi surətdə üzv olacaq ki, bu məsələ milli nailiyyət və bir qələbə sayılır.