Ruhani İran-Almaniya əməkdaşlıq səviyyəsinin yüksəldilməsini vurğulayıb
https://azeri.sahartv.ir/news/İran-i203877-ruhani_İran_almaniya_əməkdaşlıq_səviyyəsinin_yüksəldilməsini_vurğulayıb
İran prezidenti İran-Almaniya əməkdaşlıq səviyyəsinin yüksəldilməsi üçün nüvə razılaşmasından sonra yaranmış atmosfer və mövcud imkanlardan maksimum istifadə edilməsini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 12, 2016 13:00 Asia/Baku
  • Ruhani İran-Almaniya əməkdaşlıq səviyyəsinin yüksəldilməsini vurğulayıb
    Ruhani İran-Almaniya əməkdaşlıq səviyyəsinin yüksəldilməsini vurğulayıb

İran prezidenti İran-Almaniya əməkdaşlıq səviyyəsinin yüksəldilməsi üçün nüvə razılaşmasından sonra yaranmış atmosfer və mövcud imkanlardan maksimum istifadə edilməsini istəyib.

Prezident Administrasiyasının informasiya portalının məlumatına görə, Həsən Ruhani çərşənbə axşamı günü Tehranda Almaniyanın keçmiş kansleri Gerhard Şruderlə görüşdə iki ölkə arasındakı müsbət tarixi əlaqələri ikitərəfli həmkarlıqların genişləndirilməsinin infrastrukturu adlandırıb və belə deyib: İran dəmiryolu və dəniz nəqliyyatı imkanlarına, regionda ən böyük enerji mənbələrinə, ziyalı insan qüvvəsinə, yüksək təhlükəsizliyə və ətraf ölkələrə əmtəə mal ixracı üçün coğrafi mərkəzliyə malik olmaqla qənaətbəxş potensiallar sahibidir.

İran prezidenti həmçinin terrorizm problemini hamının problemi adlandırıb və belə söyləyib: Bu gün terrorizm region ölkələrini sabitlik və təhlükəsizlik problemi ilə üzləşdirib və digər ölkələr, o sıradan Almaniya da bu əmin-amansızlığın nəticələri, o cümlədən mühacirlər məsələsilə üz-üzədirlər.

Gerhard Şruder də İran ilə altılıq arasındakı razılaşmaya toxunaraq, nüvə anlaşmasının icrası və sanksiyaların götürülməsini İran-Almaniya əlaqələri və həmkarlıqlarında yeni bir fəsil adlandıraraq deyib: Nüvə anlaşması göstərdi ki, beynəlxalq problemləri müzakirə və danışıqlar yolu ilə həll etmək olar.

Almaniyanın keçmiş kansleri Gerhard Şruder nüvə anlaşmasının icrası və İrana qarşı bank və iqtisadi sanksiyaların götürülməsi ərəfəsində bazar ertəsi günü Almaniyanın sənaye, ticarət və iqtisadi rəsmilərindən 20 nəfərlə yanaşı Tehrana daxil olub.