Yan 13, 2016 10:41 Asia/Baku
  • İranın uçan amfibiası İranın dəniz donanmasına qoşuldu
    İranın uçan amfibiası İranın dəniz donanmasına qoşuldu

İranın uçan amfibiası İranın dəniz donanmasına qoşuldu

İRİB-nin məlumatına görə, Sepah-ın Dəniz Qoşunları komandanı uçan amfibianın İranın dəniz donanmasına qoşulması mərasimində deyib: Bu aparat 6 sərnişin daşımağa qadirdir və yerli mütəxəssislər tərəfindən dizayn və istehsal edilib.

General Əli Fədəvi həmçinin deyib: Bu uçan amfibiadan xilasedici əməliyyatlarda, qaçaqmalçılıq ilə mübarizədə, dəniz və hava sərhədlərində patrul xidmətlərinin həyata keçirilməsində, pilotların təlim uçuşlarında və havadan fotoşəkillərin çəkilməsində istifadə etmək mümkündür.

Sepah-ın Dəniz Qoşunları komandanı Bəndər Abbas liman şəhərində keçirilən bu mərasimdə etdiyi çıxışının davamında bəzi irticaçı region ölkələrini xitabə qərar verib və deyib: Regionun asılı dövlətləri özlərinə gəlməli və düşmənlərin diktə etdiklərini icra etməkdən çəkinməlidirlər. Çünki, İslam Dünyası ilə düşmən olanlar müsəlman xalqların sərmayələri və infrastrukturlarının məhv edilməsindən başqa heç bir şey barəsində düşünmürlər.

İran prezidentinin elm və texnologiyalar üzrə müavini Sorena Səttari də bu mərasimdə deyib: 250 at gücündə olan İranın uçan amfibiası saatda 257 km sürətə malikdir.

Sorena Səttari daha sonra deyib: Bu uçan amfibiyanın uzunluğu 8 metr, hündürlüyü isə 3.17 metrdir.

Teqlər