Yan 13, 2016 13:20 Asia/Baku
  • Kontr-admiral Fədəvi: Fars körfəzinə nəzarətimiz tamdır
    Kontr-admiral Fədəvi: Fars körfəzinə nəzarətimiz tamdır

İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın dənz qoşunları komandanı deyib: İran silahlı qüvvələri Fars körfəzinə tam nəzarət edirlər.

İRİB-nin məlumatına görə, kontr-admiral Əli Fədəvi İranın 1-ci telekanalı ilə müsahibədə deyib: İran İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın dəniz qoşunları Fars körfəzi və Hörmöz boğazında tam iştiraka malikdir və məntəqəyə tam formada nəzarət edir.

Kontr-admiral Əli Fədəvi Fars körfəzində yerləşən "Fars" adası sularında ABŞ-ın iki hərbi qayığının saxlanılmasına işarə edib və deyib: 10 ABŞ hərbi dəniz piyadasını daşıyan bu iki qayıq dünən çərşənbə axşamı İran sularına daxil olublar. Halbuki, bir ölkənin üzən vasitələri digər ölkənin sularına daxil olmazdan öncə icazə almalıdırlar. Və bu üzən vasitələrin hərbi vasitələr olduğu zaman məsələ daha da ciddiləşmiş olur.

Sepah-ın dəniz qoşunları komandanı əlavə edib: Bu iki qayıq Fars adasından 3 mil aralıda İran qüvvələri tərəfindən saxlanılıb və Fars adasına köçürülüb.

Kontr-admiral Fədəvi əlavə edib: onlar heç bir müqavimət göstərmədilər. Amma, ABŞ dəniz qoşunları və bu ölkənin təyyarədaşıyan gəmisi 40 dəqiqə müddətinə qeyri-peşəkar rəftar edərək, dənizdən və havadan təhrikedici hərəkətlərə yol veriblər. Halbuki, bu hərəkətlər onların regionda təhlükəsizliyin təmin edilməsi ilə bağlı öhdəliklərinə tamamilə ziddir.

Kontr-admiral Əli Fədəvi sonda deyib: Elə ilk andan məsələ ilə bağlı diplomatik qaydada əlaqə saxlanılıb və xarici işlər naziri Məhəmməd Cavad Zərif hadisə barəsində məlumatlandırılıb.

Teqlər