İran prezidenti narkotiklərlə mübarizəyə təkid etdi
İran İslam Respublikası prezidenti Həsən Ruhani regionda və dünyada narkotik maddələrlə mübarizəyə təkid edib.
İran prezidenti Həsən Ruhani bazar günü narkotiklərlə mübarizə qərargahının iclasında sərhədlərin qorunması və İranın nizam-intizam qüvvələrinin narkotiklərlə mübarizədəki fədakarlıqlarına işarə edərək, deyib: Nizam-intizam qüvvələrinin fədakarlıqları ilə narkotik vasitələrin İran yolu ilə Avropaya nəql edilməsinin önü geniş formada kəsilib.
Həsən Ruhani əlavə edib: Qərb dövlətləri və digər ölkələr də narkotikin yalnız İranın problemi olmadığını dərk və onunla mübarizədə üzərlərinə düşən öhdəliklərə əməl etməlidirlər.
İran prezidenti həmçinin, narkomanların ictimaiyyətin narkomaniya bəlasına düçar olmuş üzvləri adlandırıb və deyib: Narkomaniya bəlasına düçar olanları xilas etmək üçün bütün qrumlar öz fəaliyyətlərini mərkəzləşdirməlidirlər.