Yan 17, 2016 10:34 Asia/Baku
  • İran prezidenti xalqı təbrik etdi
    İran prezidenti xalqı təbrik etdi

İran İslam Respublikası prezidenti Əhatəli Müştərək Təşəbbüs Proqramının icrası və sanksiyaların ləğv olunması ilə bağlı İran xalqını təbrik edib.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani bazar günü səhər Əhatəli Müştərək Təşəbbüs Proqramının icrasının rəsmən elan olunmasından sonra bazar günü öz Twitter müraciətində yazıb: Əhatəli Müştərək Təşəbbüs Proqramı icra olundu. Allaha şükür edirəm və bu böyük nailiyyət münasibəti ilə İranın böyük və səbirli xalqını təbrik edirəm.

Ruhani bu müraciətdə nüvə anlaşmasının əldə olunması üçün iki il yarım səylər göstərən İranın nüvə müzakirə qrupunu alqışlayıb.

Teqlər