Yan 17, 2016 12:12 Asia/Baku
  • İran prezidenti parlamentdə çıxış edib
    İran prezidenti parlamentdə çıxış edib

İran İslam Respublikası prezidenti müasir tarixin ən mürəkkəb siyasi prosesində böyük qələbə münasibəti ilə İran xalqını təbrik edib.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, 1395-ci günəş ili üçün büdcə layihəsi və 6-cı inkişaf proqramını təqdim etmək üçün İslam Şurası Məclisinə gedən Həsən Ruhani parlamentdəki çıxışında deyib: İranın böyük xalqı səbir, müqavimət və hətta hüququnu və İslam İnqilabının amallarını təsbit etmək yolunda can və qanını qurban verməklə müqavimət göstərdi və ən güclü diplomatlarını böyük qüdrətlərlə qarşılaşmağa göndərdi, onları dəstəkləməklə mətanətliyi və dözümlülüyü ilə uğuru əldə etdi.

İran İslam Respublikası prezidenti həssas nüvə müzakirələrin bütün mərhələlərində əvvəldən sona qədər yol göstərən, dəstəkləyən və istiqamətləndirən, müzakirələrin çərçivəsini müəyyənləşdirən, bu önəmli tarixi hərəkətə dəqiq nəzarət edən İslam İnqilabının Böyük Rəhbərini alqışlayıb.

Teqlər