Lüksemburq parlamentinin sədri Ruhani ilə görüşüb
https://azeri.sahartv.ir/news/İran-i204624-lüksemburq_parlamentinin_sədri_ruhani_ilə_görüşüb
Doktor Həsən Ruhani İranın Lüksemburq daxil olmaqla Avropa ölkələri ilə əlaqələrini dostcasına əlaqələr adlandırıb və iki ölkə arasındakı hərtərəfli münasibətlərin gücləndirilməsini vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 18, 2016 04:37 Asia/Baku
  • Lüksemburq parlamentinin sədri Ruhani ilə görüşüb
    Lüksemburq parlamentinin sədri Ruhani ilə görüşüb

Doktor Həsən Ruhani İranın Lüksemburq daxil olmaqla Avropa ölkələri ilə əlaqələrini dostcasına əlaqələr adlandırıb və iki ölkə arasındakı hərtərəfli münasibətlərin gücləndirilməsini vurğulayıb.

İran prezidenti Həsən Ruhani bazar günü Tehranda Lüksemburq parlamentinin sədri Mars Di Bartolo Meo ilə görüşdə əlavə edib: İran və Lüksemburq arasındakı əlaqələr iki xalqın xeyrinədir və parlament əlaqələri də iki dövlət arasında daha yaxşı əlaqələrə zəmin yarada bilər.

Ruhani nüvə anlaşmasının icrasının İran və Lüksemburq arasındakı əlaqələrin genişlənməsinə səbəb olacağını bildirərək, deyib ki, İranın altılıq qrupu ilə nüvə müzakirələri dünya diplomatiyası tarixi üçün böyük bir nailiyyətə malik idi və onun mesajı, mürəkkəb məsələlərin danışıqlar yolu ilə həlli idi.

Ruhani region və dünyadakı böhranlara toxunaraq, deyib ki, terrorizm ən təhlükəli beynəlxalq problemlərdən biridir ki, hamı onun qarşısında müttəfiq olmalıdır.

İran prezidenti həmçinin Tehranın mühüm beynəxlalq və regional məsələlərin həlli sahəsində dünya ölkələrilə həmkarlığa hazır olduğunu bildirərək, mühüm beynəxlalq və regional məsələlərdə İran və Lüksemburq arasında məşvərətlərin vacibliyini vurğulayıb.

Lüksemburq parlamentinin sədri Mars Di Bartolo Meo da bu görüşdə İranın Avropa ölkələri ilə münasibətlərinin genişlənməsini zəruri məsələ adlandırıb və iki ölkə əlaqələrinin bütün sahələrdə genişlənməsini istəyib.