Zərif: Problemlərin həll yolu ağıllı diplomatiyadır
-
Zərif: Problemlərin həll yolu ağıllı diplomatiyadır
İran İslam Respublikasının xarici işlər naziri ağıllı diplomatiya yolu ilə problemləri həll etməyin mümkün olduğunu deyib.
İRİB-nin məlumatına görə, İran İslam Respublikasının xarici işlər naziri bazar ertəsi günü xarici ölkə səfirləri və İrandakı siyasi nümayəndəliklərin rəhbərləri ilə görüşdə deyib: Xalqımızın dünya üçün sübuta yetirdiyi məsələ, təzyiqlər, təhdidlər və sanksiyaların təsirsiz olmasıdır.
Zərif nüvə anlaşmasının digər ölkələr üçün yaratdığı fürsətlərdən danışıb və deyib: Biz digər ölkələr, şirkətlər və müəssisələr üçün son dərəcə dəyərli iqtisadi və sənaye fürsətləri yaratmış olduq. Sərmayə qoyuluşu və texnologiyaların mübadilə edilməsi yolu ilə bütün ölkələr yaranmış fürsətlərdən faydalana bilərlər.
İran xarici işlər naziri sonda deyib: Biz region və dünyada sülh və sabitliyin bərqərar edilməsini istəyirik.