Yan 19, 2016 15:49 Asia/Baku
  • Ruhani: AEBA öz vəzifələrinə əməl etməlidir
    Ruhani: AEBA öz vəzifələrinə əməl etməlidir

İran İslam Respublikası prezidenti deyib: Atom Enerjisi üzrə Beynəlxalq Agentlik nəzarət ilə yanaşı, nüvə enerjisindən dinc məqsədlər üçün istifadənin inkişafına da dəstək verməlidir.

İran İslam Respublikası prezident aparatından verilən məlumata görə, İran prezidenti Həsən Ruhani bazar ertəsi günü Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin ba direktoru Yokia Amano ilə görüşdə deyib: Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ölkələrin nüvə fəaliyyətlərinə nəzarət ilə yanaşı, özünün digər vəzifələrinə o cümlədən nüvə texnologiyasından dinc məqsədlər üçün istifadə üzrə texnologiyanın ötürülməsi məsələsində öz vəzifələrinə əməl etməli və bütün üzv ölkələr arasında bərabər davranmalıdır.

Ruhani həmçinin deyib: İran İslam Respublikası AEBA ilə əməkdaşlıqlarını davam etdirəcək və nüvə anlaşması çərçivəsində öz öhdəliklərinə əməl edəcək və qarşı tərəfin də öz öhdəliklərinə əməl etdiyi zamana qədər, öz öhdəliklərinə sadiq olacaq.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yokia Amano İran prezidenti və xalqına xitabən deyib: AEBA nüvə anlaşmasının icrası məsələsində bitərəf, qeyri-siyasi və hüquqi davranacağı barədə öhdəlik götürüb.

Teqlər