Yan 19, 2016 16:58 Asia/Baku
  • İran prezidentinin
    İran prezidentinin "Nüvə anlaşmasının icrası; İran İqtisadiyyatında Yeni Dövr" adlı seminarda çıxışı

İran İslam Respublikası prezidenti müqavimət iqtisadiyyatının dəqiq və məqsədyönlü şəkildə icra edilməsinə təkid edib.

İRİB-nin verdiyi məlumata görə, Həsən Ruhani bu gün "Nüvə anlaşmasının icrası; İran İqtisadiyyatında Yeni Dövr" adlı seminarda çıxış edərək, deyib: İran İslam Respublikası hökumətinin ölkə iqtisadiyyatının inkişaf etdirilməsi üzrə ən mühüm və çətin işi bu gündən etibarən başlanmış olub.

İran prezidenti deyib: Hazırkı şəraitdə iqtisadiyyat İranın ən mühüm milli hədəflərindən sayılır və İslam İnqilabının Böyük Rəhbərinin təkid etdikləri müqavimət iqtisadiyyatı üçün dövlət tərəfindən icra qərargahı təşkil edilib. Bu da onun nə dərəcədə önəmli olmasından xəbər verir.

Ruhani İran ilə 5+1 qrupu arasındakı gərgin və sıx nüvə müzakirələri barədə danışaraq, bu qələbənin İran xalqının müqaviməti sayəsində əldə olunduğunu bildirib.

İran İslam Respublikası prezidenti bəzi region ölkələrinin baxışlarındakı ifratçılığa və onların Vaşinqton, Cenevrə və Vyanada nüvə anlaşması yolunda maenələr törətməyə çalışmalarına işarə edərək, deyib: bəzi region ölkələrinin bütün ifratçı hərəkətləri və təxribatçılıqları uğursuzluğa uğrayıb.

Ruhani dünən və bu gün əldə edilən bütün nailiyyətlərin İran xalqının səbr və səyləri sayəsində olduğunu deyərək, əlavə edib: Bütün sahələr üzrə öz imkanlarını ortaya qoyan böyük və qeyrətli İran xalqı bütün çətinliklərə dözərək, sonda qələbə çalmış oldu.

"Nüvə anlaşmasının icrası; İran İqtisadiyyatında Yeni Dövr" adlı seminarda nüvə anlaşmasının icrasından və sanksiyaların ləğv edilməsindən sonrakı dövr üçün iqtisadi imkanların dəyərləndirilməsi və yeni sərmayələrin cəzb edilməsi yolları araşdırılıb.

Bu seminarda özəl sektorda çalışan 1200-dən çox iqtisadi fəal iştirak edib.

Teqlər