İran dənizçiliyinin sanksiyaları ləğv olunub
İran İslam Respublikası Dənizçiliyinin bütün gəmiləri 8 illik sanksiyalar siyahısından çıxarılıb.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, ABŞ-ın Xəzinədarlıq Nazirliyinin Xarici Sərmayələrə Nəzarət Departamenti rəsmi saytı bildirib: İran İslam Respublikası Dənizçiliyinin bütün direktorları, şirkətlər qrupları və gəmiləri sanksiyalar siyahısından çıxarılıb.
İran İslam Respublikasının Dənizçiliyi və şirkətlər qrupları 2008-ci il sentyabr ayından indiyə qədər 22 dəfə ABŞ-ın Xəzinədarlıq Nazirliyinin Xarici Sərmayələrə Nəzarət Departamentinin sanksiyasına məruz qalıb. Belə ki, 2010-cu iyun ayının 22-dən 1929 saylı qətnamədən sonra 20 sanksiya tətbiq olunmuşdur.
Bundan əlavə 2011-ci ilin əvvəlindən indiyə qədər ABŞ-ın Xəzinədarlıq Nazirliyinin Xarici Sərmayələrə Nəzarət Departamenti İran İslam Respublikasının Dənizçiliyi əleyhinə 13 sanksiya və 2 bildiriş tətbiq edib. Ümumilikdə bu departament indiyə qədər İran dənizçiliyinin 132 şirkəti və 16 fiziki şəxsinə sanksiya tətbiq edib. Bu da ölkə səviyyəsində sanksiya tətbiq olunan təşkilatlar və orqanlar arasında ən yuxarı göstərici olmuşdur.