General Cəfəri: Bu gün Ali-Səud sionistlərin bəla sipəri olub
-
General Cəfəri: Bu gün Ali-Səud sionistlərin bəla sipəri olub
İslam İnqilabı Keşikçilər Korpusu Sepahın baş komandanı deyib: Hazırda Ali-Səud bölgədə sionistlərin bəla sipəri olub.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, İslam İnqilabı Keşikçilər Koprusu Sepahın baş komandanı ordu generalı Məhəmməd Əli Cəfəri Tehran Vilayəti Sepahın ziyalıları, mədəni şəxsiyyətləri və təqaüdçülərinin ikinci konfransında deyib: Düşmənlər hazırda birbaşa müabarizədən əvəzedici müharibələrə və İslam İnqilabına qarşı digər islam potensiallarından yararlanmağa üz tutublar. Bu, Ərəbistanın siyasətlərində özünü əks etdirir.
İslam İnqilabı Keşikçilər Koprusu Sepahın baş komandanı hazırda dünyanın İslam İnqilabının məqsədlərinin irəliləməsinin şahidi olduğunu bəyan edərək bildirib: Gün keçdikcə İslam İnqilabı daha çox maraqlananları özünə cəlb edir. Bu önəmli məsələ inqilabın canlı olması və inkişaf etməsini əks etdirir.
General Cəfəri əlavə edib: İslam İnqilabının Böyük Rəhbəri, İran və region xalqlarının ayıqlığı və müdrikliyi sayəsində düşmənlərin məkrli planları bir-birinin ardınca zərərsizləşdirilməkdədir.