İran və İraq prezidentləri ikitərəfli əməkdaşlıqların davamına təkid ediblər
https://azeri.sahartv.ir/news/İran-i204897-İran_və_İraq_prezidentləri_ikitərəfli_əməkdaşlıqların_davamına_təkid_ediblər
İran və İraq prezidentləri bir telefon söhbətində ikitərəfli əlaqələrin genişləndirilməsinə və əməkdaşlıqların davam etdirilməsinə təkid ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 20, 2016 15:22 Asia/Baku
  • İran və İraq prezidentləri ikitərəfli əməkdaşlıqların davamına təkid ediblər
    İran və İraq prezidentləri ikitərəfli əməkdaşlıqların davamına təkid ediblər

İran və İraq prezidentləri bir telefon söhbətində ikitərəfli əlaqələrin genişləndirilməsinə və əməkdaşlıqların davam etdirilməsinə təkid ediblər.

İran prezidenti Həsən RUhani iraqlı həmkarı Fuad Məsum ilə telefon söhbətində iki ölkəni maraqlandıran məsələlərlə bağlı məsləhətləşmələrin davam etdirilməsinə təkid edərək, deyib: nüvə anlaşmasının icra olunması və sanksiyaların ləğv edilməsi ilə İran qonşu ölkələr xüsusi ilə də İraq ilə iqtisadi əlaqələrini sürətləndirə və genişləndirə bilər.

Ruhani İran xalqı və dövlətinin İraq xalqı və dövlətinin kənarında olacağına təkid edərək, deyib: İraqın milli hakimiyyəti, müstəqilliyi və ərazi bütövlüyünün qorunması İran üçün son dərəcə önəmlidir və İran İraqın təhülkəsizliyi və sabitliyini öz təhlükəsizliyi və sabitliyi hesab edir.

İraq prezidenti Fuad Məsum da bu telefon söhbətində nüvə anlaşmasının icra olunması münasibəti ilə İraq xalqı və dövləti adından İran prezidentini təbrik edib və deyib: Yaranmış yeni şərait İranın daha aydın bir gələcəyə doğru hərəkətini daha da sürətləndirmiş olacaq.