Zərif: Müştərək addım üzrə əhatəli proqram bizim istəklərimizi reallaşdırdı
-
Zərif: Müştərək addım üzrə əhatəli proqram bizim istəklərimizi reallaşdırdı
İranın xarici işlər naziri deyib ki, müştərək addım üzrə əhatəli proqram İranın istəklərini təmin etdi.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif çərşənbə günü Davosda keçirilən Ümumdünya İqtisad Forumunda "İran və dünya üçün növbəti addım" adlı dəyirmi masada deyib ki, İran ilə altılıq arasındakı anlaşma hərçənd kamil deyil, amma sanksiyalrın ləğvi və İranın nüvə enerjisinə malik olma haqqına hörmət İranın istəkləri çərçivəsindədir.
Zərif nüvə anlaşmasını iqtisadi və siyasi meydanlarda hamı üçün qələbə adlandırıb və belə deyib: Anlaşmanın regional mesajı da budur ki, aradan qaldırılması mümkünsüz görünən ixtilafların götürülməsi mümkün olubdur, deməli, xalqları, müştərək din, tarix, mədəniyyət və dəyərlərlə bir-biriləri ilə bağlanmış bir regiondakı ixtilafların həlli üçün heç bir maneə yoxdur.