Yan 21, 2016 12:17 Asia/Baku
  • AEBA: İran sanksiyaların ləğvindən sonra dünya bazarlarında əsas oyunçudur
    AEBA: İran sanksiyaların ləğvindən sonra dünya bazarlarında əsas oyunçudur

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik bir hesabatda nüvə anlaşmasının icrasının elan olunmasına toxunaraq, bildirib: İranın sanksiyalardan sonra bazara qayıtması bazarda böyük təsir buraxacaq, zira bu ölkə dünyada əsas bir oyunçu kimi qeyd olunmaqdadır.

IRNA-nın məlumatına görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik çərşənbə günü bir hesabatda bildirib: İran İslam Respublikası 2012-ci ildən sonra İran neftini satın almaqdan məhrum edilmiş ölkələrə öz neftini satmağa qayıtmaq ardıncadır. Bu ölkə özünün öncəki rəqibləri, yəni Ərəbistan, Rusiya və İraq kimi Yaxın Şərq regionuna öz neft ixracatını bərpa emək fikrindədir.

Bu agentliyin bildirdiyinə görə, İran Aralıq dənizinə təqribən 250 min barrel neft göndərəcək və öz neft hasilatını mart ayınadək 300 min barrelə çatdıracaq.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin hesabatında sonra deyilir: İran öz neft rəqiblərini ötüb keçməyə və OPEK istehalçıları arasında ikinci yeri geri almağa çalışır. Elə buna görə, İran öncə öz neftinin keyfiyyətini qaldırmaq üçün böyük neft şirkətlərilə müqavilələr bağlayacaq.

Agentlik vurğulayıb: Həmçinin İran İslam Respublikası çalışacaq, nefti Qara dənizdən regiona göndərən çoxmilliyyətli neft boru kəməri şirkətilə müqaviləsini bərpa etsin ki, özünün bazardakı payını geri almış olsun.

Belə bir halda, bundan öncə İran İslam Respublikasının neft naziri Bijən Namdar Zəngənə OPEK-in 168-ci iclası kənarında belə demişdi: Sanksiyaların götürülməsindən sonra İranın neft hasilatına gündə 500 min barrel əlavə olunacaq və qısa bir zamanda bu artımı gündə bir milyon barrelə çatdıracaq.

O, vurğuladı: Biz öz hasilatımızın artması və İranın beynəlxalq neft bazarındakı öncəki istehsal səviyyəsinə qayıtması barədə heç bir müzakirə aparmayacağıq.

İranın neft naziri əlavə edib: İrandan bazarı müvazinətli saxlamasının istənilməsi məncə, qeyri-ekspertcəsinə və insafsızcasınadır. Bu söhbətlər elə edilir ki, əslində İran zalımcasına rəftarı qəbul etmiş olsun ki, bu illərdə istehsalın azaldılmasına təzyiqin edilməsilə İrana və İran xalqına qarşı təzyiqlər göstəriblər. Bazarda müvazinətin məsuliyyəti təqdim artımına malik olmuş və indinin özündə də bazara istehsal səviyyəsindən yuxarı həcmdə neft təqdim edən kəslərin üzərinə düşür.

Zəngənə vurğulayıb: Onlar məsuliyyəti qəbul etməli və təyin olunmuş həddə riayət etməlidirlər, biz daim öhdəlikli bir üzv kimi OPEK-dəki öhdəliklərimizə sadiq olmuşuq. OPEK ölkələrin paylarına qayıtmalı və o payalara nəzarət etməlidir.

Teqlər