Ruhani: İran nüvə anlaşmasındakı əsas hədəflərinə çatıb
https://azeri.sahartv.ir/news/İran-i204975-ruhani_İran_nüvə_anlaşmasındakı_əsas_hədəflərinə_çatıb
İran prezidenti deyib ki, İran İslam Respublikası nüvə anlaşmasının icrası ilə təqribən bütün hədəflərinə çatıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 21, 2016 10:59 Asia/Baku
  • Ruhani: İran nüvə anlaşmasındakı əsas hədəflərinə çatıb
    Ruhani: İran nüvə anlaşmasındakı əsas hədəflərinə çatıb

İran prezidenti deyib ki, İran İslam Respublikası nüvə anlaşmasının icrası ilə təqribən bütün hədəflərinə çatıbdır.

İran İslam Respublikası prezidenti Həsən Ruhani Tehranda ölkə üzrə valilər, icra hakimləri, siyasi və seçkilər üzrə müdirlər və siyasi müavinlərin konfransında İranın altılıq ilə müzakirələri prosesinə toxunaraq, deyib: İran İslam Respublikası İrana qarşı bütün qətnamə və sanksiyaların dayandırılması deyil, ləğvini istəyirdi ki, bu da oldu.

Ruhani əlavə edib: İran xalqının nüvə barəsindəki uğuru nəinki böyük qüdrətlər qarşısında İran xalqı üçün, həm də inkişafda olan dünya üçün böyük müvəffəqiyyətlərdən biri olubdur.

İran İslam Respublikası prezidenti həmçinin nüvə müzakirələrinin nailiyyətlərinə toxunaraq, deyib: İran İslam Respublikası Ərak Ağır Su Reaktoru, nüvə inkişafı, tədqiqatı və zənginləşdirməsi üzrə fəaliyyətləri davam etdirəcək.

2016-cı il yanvarın 16-da nüvə anlaşmasının icrası rəsmi surətdə elan və onun ardınca Avropa Birliyi və ABŞ tərəfindən İrana qarşı tətbiq olunmuş zalımcasına sanksiyalar ləğv olundu.

Əhatəli anlaşma ölkə daxilində zənginləşdirmə proqramının davamına zəmanət verir və bu əsasda İran İslam Respublikası nüvə anlaşmasının maddələrinə əsasən nüvə elektrik stansiyaları yanacağının təmini üçün öz nüvə yanacağının sənaye istehsalını davam etdirəcək.