İran Omana ildə 10 milyard kubmetr qaz ixrac edəcək
-
İran Omana ildə 10 milyard kubmetr qaz ixrac edəcək
İranın neft naziri deyib: Qaz boru kəmərinin çəkilməsi ilə ildə 10 milyard kubmetr İran qazı Omana ixrac olunacaq.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İranın neft naziri Bijən Namdar Zəngənə Omanın enerji və qaz nazirinin dəvəti ilə bu ölkəyə bir neçə saatlıq səfərdən qayıdarkən bildirib: Omanın enerji və qaz naziri ilə müzakirədə İran qazının Omana nəqli boru kəmərinin tezliklə icra olunması üzrə razılıq əldə olundu.
İranın neft naziri deyib: Dəniz xəritəsinin çəkilməsi və icra seçimləri və tender sənədləri barəsində İranın Omana qaz ixracı layihəsinin icrası yolundakı bütün maneələr aradan qaldırıldı və tezliklə bu layihə icra olunacaq.
Zəngənə deyib: Omanda 1,5-2,5 milyon ton qaz üçün potensial vardır. Müzakirə olundu ki, İran qazı orada maye qaza çevrilsin və ixrac olunsun.
İranın neft nazri İran qazının Omana nəqli üzrə müqavilənin dəyərini hazırkı şəraitdə 1,5-2 milyard dollar elan edib.