Laricaninin İslami Parlamentlərarası Birliyin iclasında çıxışı
İran İslam Şurası Məclisinin sədri deyib ki, İranın siyasəti Fars Körfəzində və regionda qonşularla həmkarlığın gücləndirilməsidir.
ISNA-nın məlumatına görə, İran İslam Şurası Məclisinin sədri Əli Laricani bazar günü Bağdadda İslami Parlamentlərarası Birliyin 11-ci iclasının açılış mərasimində əlavə edib: İran ilə 5+1 qrupu arasında nüvə anlaşmasının icrası İran ilə Yaxın Şərq ölkələri arasında həmkarlığın güclənməsi üçün yeni bir fəsil açdı.
Laricani bildirib ki, İran Amerikanın və bəzi qərbli qüdrətlərin artıqtələblikləri qarşısında 12 il müqavimətdən sonra öz nüvə hüququnu təsbit edə bilibdir. O, deyib: İran bu qənaətdədir ki, region ölkələri kollektiv həmkarlıq və Vyana razılaşmasının icrasından sonrakı şəraitdən bəhrələnərək, müştərək təhdidlərin, o sıradan terrorizm və ekstremizmin aradan qaldırılması, eləcə də regionun inkişafına kömək yolunda addımlar ata bilərlər.
İran İslam Şurası Məclisinin sədri vurğulayıb: Terrorizm, ekstremizm və təriqətçilik regional və beynəlxalq sülh və sabitlik üçün ciddi bir hədədir və bu fenomen bəzi regional və regiondankənar oyunçuların Yaxın Şərq bölgəsində və Afrikanın şimalındakı məsuliyyətsiz və müdaxilə mahiyyətli rəftarlarının məhsuludur.
Laricani ümidvarlıq edib ki, İslami Parlamentlərarası Birliyin İraqdakı builki iclası hədəflərə, xüsusən islami ölkələrin xalqlarının həmrəylikləri və qardaşlıqlarının yüksəldiməsinə çatmaqda müvəffəq və İslam dünyasının problemlərinin həllində təsirli addımlar atmış olsun.