Təxt Rəvançı: İran tam sayıqlıqla nüvə anlaşmasının icrasını izləyir
https://azeri.sahartv.ir/news/İran-i205309-təxt_rəvançı_İran_tam_sayıqlıqla_nüvə_anlaşmasının_icrasını_izləyir
İran xarici işlər nazirinin Avropa və Amerika məsələləri üzrə müavini deyib ki, İran tam sayıqlıqla nüvə anlaşmasının icrasını izləməklə hər bir addıma müvafiq cavab verəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 24, 2016 10:30 Asia/Baku
  • Təxt Rəvançı: İran tam sayıqlıqla nüvə anlaşmasının icrasını izləyir
    Təxt Rəvançı: İran tam sayıqlıqla nüvə anlaşmasının icrasını izləyir

İran xarici işlər nazirinin Avropa və Amerika məsələləri üzrə müavini deyib ki, İran tam sayıqlıqla nüvə anlaşmasının icrasını izləməklə hər bir addıma müvafiq cavab verəcək.

Məcid Təxt Rəvançı ISNA ilə müsahibədə əlavə edib ki, İran rəsmiləri nüvə anlaşması əsasında qarşı tərəfin öhdəliklərinin icrasını tam izləmək və sayıqlıqla dərhal hər bir addım qarşısında reakisya verəcəklər.

Təxt Rəvançı İranın raket müdafiə proqramı ilə bağlı on bir şirkət və şəxsin nüvə anlaşmasının icrası günü ABŞ tərəfindən sanksiya olunması haqda deyib: İran son sanksiyaları tamamilə rədd edir və bu sanksiyalara münasib cavab üçün nüvə anlaşmasının icrasına nəzarət heyətinin qərarını gözləyir.

Təxt Rəvançı bildirib ki, İranın ballistik raketləri nüvə başlıqları daşımaq üçün konstruksiya edilməyib. O, deyib ki, BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsində yalnız nüvə başlıqları daşıya bilmək qabiliyyətinə malik olan raketlərin konstruksiyasına işarə olunub və ballistik raketlərin istehsalı və sınağı barədə qadağa götürülür.