Yan 24, 2016 18:20 Asia/Baku
  • İran prezidenti Avropaya səfər edəcək
    İran prezidenti Avropaya səfər edəcək

İran İslam Respublikası prezidenti bazar ertəsi günü İtaliya və Fransaya rəsmi səfərə çıxacaq.

IRIB-nin məlumatına görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani bazar ertəsi günü yüksək səviyyəli bir heyətlə İtaliya prezidentinin dəvətilə Romaya səfər edəcək.

Həsən Ruhani bu səfərdə İtaliyanın prezidenti, baş naziri, eləcə də italyan investorlar, böyük sənaye sahibləri, dünya katoliklərinin rəhbəri və Vatikanın baş naziri ilə görüşəcək.

İtaliyanın prezidenti Serco Matarla İran İslam Respublikası prezidentinin Roma səfəri ərəfəsində IRIB müxbiri ilə müsahibədə ölkəsinin Həsən Ruhaninin Avropa səfərinin ilk məkanı kimi seçilməsindən razılıq edib.

İran prezidenti habelə çərşənbə günü Fransaya gedəcək və Parisdə bu ölkənin prezidenti Fransua Olland, eləcə də Fransanın investorları, iqtisadi müdirləri və böyük sənaye sahibləri ilə görüşəcək.

İki və çoxtərəfli görüşlər, avropalı mediaların baş redaktorları ilə yığıncaq və müsahibə Ruhaninin bu səfərlərdə nəzərdə tutulan proqramlarındandır.

Teqlər