Ruhani: İmam Xomeyni (rə) İran tarixində istisna şəxsiyyət idi
-
Ruhani: İmam Xomeyni (rə) İran tarixində istisna şəxsiyyət idi
İran İslam Respublikası prezidenti deyib: İmam Xomeyni (rə) İran tarixində istisna şəxsiyyət idi və onun yolu və prinsipləri həmişə düyünləri açan olacaqdır.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Həsən Ruhani bazar günü İran İslam Respublikasının banisinin pak məqbərəsində İmam Xomeyninin (rə) amalları ilə əhd-peymanı yeniləmək mərasimində iştirak etdikdən sonra əlavə edib: Böyük qüdrətlər və müstəbidlik qarşısında şücaət və müqavimət, müharibədə İmam Xomeyninin (rə) şücaəti və elan olunmamış müharibədən sonra sülh və yeni şəraitin icrası hamı üçün ibrət idi.
İran İslam Respublikası prezidenti İslam Şurası və Rəhbərlik Xobrəqan Məclislərinə seçkilərin qarşıda olduğuna toxunub və deyib: Xalqın bu seçkilərdə iştirakı təyinedici olacaqdır.
Ruhani həmçinin deyib: Əgər iki il öncə prezident seçkilərində vətəndaşların iştirakı olmasaydı, nüvə müzakirələrində qələbə və sanksiyalar son qoymaq reallaşmazdı.