İran və Rusiya əməkdaşlıqlarının genişlənməsi regionda sülhün təminində önəmli amildir
-
İran və Rusiya əməkdaşlıqlarının genişlənməsi regionda sülhün təminində önəmli amildir
İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşdə deyib: İran və Rusiyanın əməkdaşlıqlarının artması regionda sülh və stabilliyin təmin olunmasında önəmli amildir.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, İran İslam Respublikasının Rusiyadakı səfirliyinin diplomatiya şöbəsi bildiib ki, Rusiya Təhlükəsizlik Şurasının katibi bu görüşün əvvəlində deyib: İran və Rusiya əsasən regionda terrorizm və radikal qruplaşmalarla mübarizədə müştərək baxışlara malikdirlər və bütün sahələrdə iki tərəf arasında əməkdaşlıqların genişlənməsi regional sülh və stabilliyə kömək edə bilər.
O həmçinin əlavə edib: İki ölkə arasında müxtəlif sahələrdə çoxlu potensiallar vardır. Bu potensialların aktivləşdirilməsi üçün ciddi addımlar atılmalı və sanksiyaların ləğvindən sonrakı yeni şəraitdən ən yaxşı formada istifadə olunmalıdır. Rusiya bu sahədə lazımi və tam hazırlığa malikdir.
İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri deyib: Regionda qeyri-münasib vəziyyət vardır və terrorizm və radikal qruplaşmalar regiondan kənar qüdrətlər və bəzi region ölkələrin müdaxiləsi və himayəsi ilə təhlükəsizliyi qarışdırıblar. İran və Rusiya öz əməkdaşlıqlarında ciddi iradə ilə bu cərəyanlarla mübarizəni izləyirlər.
Vilayəti əlavə edib: İran müstəqil ölkə olaraq region barəsində öz prinsipial mövqelərini açıq aşkar bəyan edib və terrorizm, radikal və təkfirçi qruplaşmalarla mübarizə, eləcə də sülh və stabilliyin təmin olunması istiqamətində praktiki addımlar atmışdır.