Ruhani: İran xalqı məntiq əhlidir
-
Ruhani: İran xalqı məntiq əhlidir
İran İslam Respublikası prezidenti deyib: İran heç bir ölkəyə təhdid deyildir.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani televiziya çıxışında İslam İnqilabının Fəcr Ongünlüyü münasibəti ilə xalqı təbrik edərək bildirib: Bu gün dünya anlayıb ki, İran xalqı məntiq və razılaşma əhlidir və regionun stabilliyi və təhlükəsizliyinin güclənməsində önəmli rolu oynayır.
İran xalqının İslam İnqilabının qələbəsindən Müqəddəs Müdafiə dövrünə qədər, eləcə də son nüvə müzakirələrindəki uğurlarını qeyd edən Ruhani deyib: Hazırda dünya ilə anlaşma və bütün çalışqanların iqtisadi, ictimai və mədəniyyət sahələrində fəaliyyəti üçün yeni şərait yaranmışdır.
İran prezidenti dünyanın bütün ölkələri ilə əlaqələrin genişlənməsini hökumətin prioriteti adlandırıb və əlavə edib: İran öz əlaqələrində yalnız qərbə diqqət yetirmək istəmir, sanksiyaların ləğvindən sonra çətin günlərdə İran xalqının dəstəyi olan dost ölkələri heç vaxt unutmayacaq.