İran prezidenti: Mötədil olmağın əsası təfəkkür və düşüncədir
https://azeri.sahartv.ir/news/İran-i206989-İran_prezidenti_mötədil_olmağın_əsası_təfəkkür_və_düşüncədir
İran İslam Respublikası prezidenti deyib: Mötədil olmağın əsası təfəkkür və düşüncədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 07, 2016 11:28 Asia/Baku
  • İran prezidenti: Mötədil olmağın əsası təfəkkür və düşüncədir
    İran prezidenti: Mötədil olmağın əsası təfəkkür və düşüncədir

İran İslam Respublikası prezidenti deyib: Mötədil olmağın əsası təfəkkür və düşüncədir.

İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün bazar Tehranda keçirilən ikinci milli Mötədillik seminarında mötədilliyin bir seçki şüarı olmadığını deyərək, vurğulayıb: Bu gün cəmiyyətin problemi ifratçılıq və ifratçılardır.

İran prezidenti regionda cərəyan edən toqquşmalar və gərginliyin düşüncələrdən qaynaqlandığını deyərək, əlavə edib: İfrat yumruq və çomaq ilə başlamır. İfrat insanın beynindən başlayır. Və bəziləri ifratçı düşüncələr və təfəkkürlərə malikdirlər. Təəssüflər olsun ki, bu düşüncələr bəzən din adına yazılır və ifratçılar dini ifrat şəkildə şərh edirlər.

H.Ruhani bu gün dünyanın problemlərinin böyük bir hissəsinin ifratdan qaynaqlandığını deyərək, vurğulayıb: Regionda da ifrat və zorakılıq insanlar üçün bir bəlaya çevrilib.

İran İslam Respublikası prezidenti həmçinin, qarşıdan gələn İslam Şurası və Rəhbərlik Xübrəqanı məclislərinə seçkilərdə iştirakın böyük bir məsuliyyət tələb edən ciddi bir iş olduğunu vurğulayıb və deyib: xalq nə olursa olsun, 26 fevralda seçkilərdə iştirak etməlidir.