Prezident xalqı 22 bəhmən yürüşündə iştiraka dəvət etdi
https://azeri.sahartv.ir/news/İran-i207274-prezident_xalqı_22_bəhmən_yürüşündə_iştiraka_dəvət_etdi
İran İslam Respublikası prezidenti İran xalqını 22 bəhmən yürüşü və 7 esfənd seçkilərində iştiraka dəvət etdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 10, 2016 07:24 Asia/Baku
  • Prezident xalqı 22 bəhmən yürüşündə iştiraka dəvət etdi
    Prezident xalqı 22 bəhmən yürüşündə iştiraka dəvət etdi

İran İslam Respublikası prezidenti İran xalqını 22 bəhmən yürüşü və 7 esfənd seçkilərində iştiraka dəvət etdi.

İRİB-nin verdiyi məlumata görə, İran İslam Respublikası prezidenti cənab Həsən Ruhani çərşənbə axşamı Ali İnqilab Mədəniyyəti Şurasının iclasında İslam İnqilabının qələbə çalması prosesini və şəraitini analiz edərək İmam Xomeyni(r.ə)-in inqilaba rəhbərliyini Allaha təvəkkül etmək və xalqa dərin etimad bəsləmək və o həzrətin bəsirətini və dünyanın şəraitini düzgün dəyərləndirmə qabiliyyətini İran İnqilabını qələbəyə götürən əsas amillər adlandırıb.

Cənab Ruhani nüvə müzakirələrindəki qələbəni , İran xalqının hüquqlarının bərpa edilməsi və İrana qarşı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin ləğv edilməsini də İran xalqının müqavimətinin davam etdirilməsinin nəticələri adlandırıb və deyib: İslam İnqilabının Böyük Rəhbəri daim milli birliyi möhkəmləndirmək və təsirli istiqamətləndirmələri ilə bu uğurların əldə edilməsində başlıca rol oynayıblar.

İran prezidenti həmçinin, ümidvarlıq edib ki, Rəhbərlik Xübrəqanı və İslam Şurası məclisləriə seçkilər xalqın maksimum iştirakı ilə baş tutsun və İslam Quruluşu üçün növbəti başucalıq olsun.