Ruhani: Müqavimət iqtisadiyyatı çərçivəsində abad və başıuca İran quracağıq
https://azeri.sahartv.ir/news/İran-i207496-ruhani_müqavimət_iqtisadiyyatı_çərçivəsində_abad_və_başıuca_İran_quracağıq
İran prezidenti Tehran əhalisinin 22 bəhmən yürüşündəki əzəmətli toplusunda İslam İnqilabının təsbitinin 37 illik dövrünə işarə edərək, milli əzəmətlə yanaşı olan inkişaf dövrünün gəlib çatdığını bildirib və belə deyib: Müqavimət iqtisadiyyatı çərçivəsində abad və başıuca İran quracağıq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 11, 2016 11:37 Asia/Baku
  • Ruhani: Müqavimət iqtisadiyyatı çərçivəsində abad və başıuca İran quracağıq
    Ruhani: Müqavimət iqtisadiyyatı çərçivəsində abad və başıuca İran quracağıq

İran prezidenti Tehran əhalisinin 22 bəhmən yürüşündəki əzəmətli toplusunda İslam İnqilabının təsbitinin 37 illik dövrünə işarə edərək, milli əzəmətlə yanaşı olan inkişaf dövrünün gəlib çatdığını bildirib və belə deyib: Müqavimət iqtisadiyyatı çərçivəsində abad və başıuca İran quracağıq.

Həsən Ruhani İranın Rusiya, Çin və Avropa İttifaqı ilə uzunmüddətli həmkarlıq üzrə geniş razılaşmalarına toxunaraq, deyib: Dünya bu gün dərk edibdir ki, İran xalqına qarşı sanksiya və hörmətsizlik dövrü başa çatıb və İran xalqı ilə yalnız təzim və hörmət dili ilə danışmaq lazımdır.

Ruhani İran İslam Respublikasının hədəfini abad və inkişaf etmiş İran qurmaq adlandıraraq, deyib: İranın böyük xalqı heç bir təzyiq və təhdid qarşısında təslim olmayıb və olmayacaq da və bu gün bütün qüdrətlər də dərk ediblər ki, İranın böyük xalqı qarşısında baş əymək lazımdır.

İran prezidenti həmçinin deyib: İran xalqının İslam Şurası Məclisi və Xübreqan Məclisinə fevralın 26-da keçiriləcək seçkilərdəki səsi ümid, qanun, öz hüquqlarını müdafiə və İranın qurulması səsi olacaq.