General-leytenant Cəfəri: İran zalım qüvvələr qarşısında müqavimət mərkəzidir
-
General-leytenant Cəfəri: İran zalım qüvvələr qarşısında müqavimət mərkəzidir
Sepah-ın baş komandanı İslam İnqilabını dünyanın zalım qüvvələri qarşısında müqavimət mərkəzi adlandırıb.
ISNA-nın məlumatına görə, Sepah-ın baş komandanı general-leytenant pasdar Məhəmməd Əli Cəfəri İranın Şərqi Azərbaycan vilayətində Sepah komandan və komandirləri arasında əlavə edib: Bu gün zalım qüvvələr qarşısında müqavimət mərkəzi, İrandır və İslam İnqilabının hədəflərini dərinləşdirmək üçün səy göstərmək lazımdır.
General-leytenant pasdar Cəfəri vurğulayıb ki, dünyanın zalım qüvvələri İŞİD terror qrupunu Yaxın Şərq regionunda yaratdılar, lakin regionda müqavimət cəbhəsinin xeyrinə mühüm nailiyyətlər əldə olundu.
Sepah-ın baş komandan əvəzi general-mayor pasdar Hüseyn Səlami də Şərqi Azərbaycan vilayətinin mərkəzi olan Təbriz şəhərində 22 bəhmən yürüşünün iştirakçıları arasında deyib ki, amerikalı dəniz piyadaları ilə qarşılaşma cərəyanı İranın masası üzərində duran seçimlərin kiçik bir hissəsi idi.
General-mayor Səlami İslam İnqilabının nailiyyətlərinə işarə edərək, əlavə edib: İslam İnqilabı İrana izzət, qüdrət və azadlıq bəxş etdi və onunla birlikdə ilahi dəyərlər cəmiyyətə hakim kəsildi və müsəlmanların mahiyyəti çiçəkləndi.